Cəbrayıl rayonunda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Dadlı yeməklər çoxdur, sağlamlıq təkdir” devizi altında maarifləndirici aksiya keçirilib
07 aprel 2025-ci il tarixdə Cəbrayıl rayonunda Ümumdünya Sağlamlıq Günü münasibəti ilə əhalimizin sıx məskunlaşdığı Cəbrayıl qəsəbələrində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7. bəndinin icrasının təmin edilməsi məqsədi ilə təhsil müəssisələrində sağlam həyat tərzinin təbliğ olunması üçün “Dadlı yeməklər çoxdur, sağlamlıq təkdir” devizi altında maarifləndirici aksiya keçirilib.
Aksiyanın keçirilməsində məqsəd sağlamlıq qaydalarına düzgün əməl olunması, düzgün qidalanma, hər kəsin sağlamlığının qorunması, gənc və yeniyetmələr arasında sağlam vərdişlərin yayılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərərləri barədə məlumatlılığın artırılmasıdır.
Məktəblərin müəllim və şagird heyətini təmsil edən 300-dən çox insanın iştirak etdiyi aksiyada zərərli qidalar haqqında bukletlər paylanılmış və tövsiyələr verilmişdir. Aksiya gənclərin böyük marağına səbəb olub.