Cəbrayıl rayonunda Tibb işçilərinin peşə bayramı qeyd olunub
17 iyun 2026-cı il tarixdə Cəbrayıl rayonunda Tibb işçilərinin peşə bayramı qeyd edilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini - baş həkim Arif Hüseynov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehrəliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və tibb işçiləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dərin ehtiramlarını bildiriblər.
Çıxışlar zamanı vurğulanıb ki, tibb işçilərinin peşə bayram Ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında təsis edilib. Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanırlar. Bütün bunlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradır və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunu nəzərəçarpacaq dərəcədə artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin açılışında iştirakı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərinin daha da məsuliyyətlə işləməsinə zəmin yaradır.






