Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Tibb işçilərinin peşə bayramı qeyd edildi

17 iyun 2022 | 12:09

    17 iyun 2022-ci il tarixdə Cəbrayıl rayonunda Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyətinin məsul əməkdaşları, “Cəbrayıl RMX” publik hüquqi şəxsin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tibb işçiləri iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş və əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Çıxış edənlər qeyd etmişlər ki, tibb işçiləri bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tibb müəssisələrinin açılışında iştirakı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərinin məsuliyyətini artırmışdır.

 

Keçidlər