Cəbrayıl rayonunda “Təmiz qəsəbəm” adı altında təmizlik aksiyası keçirilib
20 sentyabr 2024-cü il tarixdə Cəbrayıl qəsəbələrində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz qəsəbəm” adı altında təmizlik aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, idarə, müəssisələrin və QMKİDK-nin Biləsuvar rayon MİS-nin əməkdaşları iştrak ediblər.
Fəridə İbayeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Respublikamızın ayrı-ayrı şəhər və rayonlarında olduğu kimi rayonumuzda da il ərzində çoxsaylı tədbirlər, dəyirmi masa və konfranslar, o, cümlədən, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları keçirilib, su ehtiyatlarından, enerjidən səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və geniş istifadəsinin təşviq olunması, bərk məişət tullantılarının yerləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb və maarifləndirici söhbətlər aparılıb. İl çərçivəsində keçirilən yaşıllaşdırma aksiyalarının nəticəsidir ki, bu günə kimi qəsəbə ərazisində ümumilikdə 2699 ədəd ağac və gül kolları əkilib.
Qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili"ndə bu kimi aksiyalarən müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulub.