Cəbrayıl rayonunda “Təbiəti sevək və qoruyaq” mövzusunda tədbir keçirilib
15 may 2024-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar rayonun 1 saylı uşaq bağçasında “Təbiəti sevək və qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, bağçanın kollektivi və körpə fidanlar iştirak ediblər.
Tədbir çərçivəsində “Təbiəti sevək və qoruyaq” mövzusunda məşğələ keçirilib, daha sonra fidan balalar rəngarəng proqramla çıxış edərək təbiətə aid şeirlər söyləyib, mahnılar oxuyub, dibçəklərə güllər əkiblər.
Uşaq bağçasının müdiri İpəknaz Ağayeva bildirib ki, belə tədbirlərin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək, ekoloji tarazlığı bərpa etmək, uşaqlara kiçik yaşlarından təbiətə qayğı hissini aşılamaqdan ibarətdir.