Cəbrayıl rayonunda “Təbiət şairlərin gözü ilə” mövzusunda tədbir keçirilib
10 iyun 2024-cü il tarixdə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiət şairlərin gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, mədəniyyət işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası da beynəlxalq cəmiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dünyada baş verən iqlim dəyişikliklərinə qarşı mübarizəyə öz töhfələrini verir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası istiqamətində işləri genişləndirir. Qeyd olunub ki, “Yaşıl dünya naminə həmrəylik ili’ yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması hissini aşılayır. Natiqlər bildiriblər ki, ədəbiyyatımızda xüsusilə şairlərimizin yaradıcılığında təbiət mövzusuna geniş yer verilib, onların şeirlərində poetik təbiət mənzərələri, dünyanın rəngarəng təsviri aydın duyulur. Təbiəti sevmək, ona qayğı ilə yanaşmaq, təbiət mənzərələrinin poetik dillə təsviri geniş əks olunub.
Tədbir məktəblilərin ifasında ayrı-ayrı şairlərin yaradıcılığından nümunələrin səsləndirilməsi, rəqslər və səhnəciklərlə davam etdirilib.