Cəbrayıl rayonunda taxıl biçininə başlanılıb
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır. Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Cəbrayıl rayonunda da böyük uğurla həyata keçirilir. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.
Rayonda cari ilin məhsulu üçün 2022-ci ilin payızında 18792 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır ki, ondan da 16197 hektarı buğda, 2595 hektarı isə arpa sahəsidir.
2023-cü ilin may ayının sonlarından başlayaraq rayonda taxıl biçininə başlanılıb. Hazırda 564 hektar sahədə biçin aparılmışdır ki, ondan 547 hektarı arpa, 17 hektarı isə buğdadır. Biçilmiş sahələrdən 1761 ton məhsul yığılmışdır. Taxıl biçininə 4 kombayn cəlb edilmişdir. Hazırda taxıl biçini davam edir.