Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda taxıl biçini mövsümünə start verilib

06 iyun 2024 | 15:51

    Cəbrayıl rayonunda hər il olduğu kimi, cari ildə də taxıl biçini mövsümünə start verilib. Payızlıq əkin dövründə rayonda 16150 hektar sahədə taxıl səpini aparılıb ki, ondan da 14200 hektarı buğda, 1950 hektarı isə arpa sahəsidir.
    2024-cü ilin iyun ayının əvvəllərindən başlayan taxıl biçininə 4 kombayn cəlb edilib. Hazırda 223 hektar sahədə biçin aparılıb, 689 ton məhsul əldə olunub. Biçin prosesi davam edir.
   Ötən il hər hektardan orta hesabla 34.7 sentner məhsul götürən Cəbrayıllı taxılçılar cari biçin mövsümünü də uğurla başa vurmaq əzmindədirlər.

Keçidlər