Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda taxıl biçini davam edir

22 iyun 2022 | 10:32

   Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Taxılçılıq əhalinin çörək və un məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Məhz bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır.Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Cəbrayıl rayonunda da böyük uğurla hayata keçirilir.Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə daha çox maraq göstərirlər.
    Rayonda cari ilin məhsulu üçün 2021-ci ilin payızında 16168.1 hektar sahədə payızlıq taxıl səpini aparılmaşdır, ki ondan da 11402 hektarı büğda, 4766.1 hektarı isə arpa sahəsidir.
    06 iyun tarixindən rayonda taxıl biçininə start verilib.Hazırda 2918 hektar sahədə biçin aparılmışdır ki, ondan 2417 hektarı arpa,501 hektarı isə buğdadır.Biçilmiş sahələrdən 5373 ton məhsul yığılmışdır.Taxıl biçininə 15 kombayn cəlb edilmişdir.Taxıl biçini davam edir.

Keçidlər