Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və inamlı zəfər” mövzularında dəyirmi masa keçirilib

07 noyabr 2023 | 15:53

    07 noyabr 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndərin fəaliyyətini əks etdirən İdeoloji mərkəzdə “08 noyabr-Zəfər günü” ilə əlaqədar “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və inamlı zəfər” mövzularında dəyirmi masa keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon İH aparatının məsul əməkdaşları, YAP fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri tariximizin qaranlıq səhifəsi kimi xatırlanır. O illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı vətəndaş müharibəsini yaşamaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran fəlakət həddinə çatmışdır. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımız Ermənistan tərəfindən işğal edilirdi. Xalqımızın sabaha ümidi yox idi. Belə çətin günlərdə Azərbaycanın xilası 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvimdən başlanan yol tariximizə şanlı Zəfər səhifəsini yazdı.
    2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü kimi yazıldı. Bu sevincimiz, qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlər reallıqda özünü təsdiq etdi.
    Ulu Öndərimizin siyasi varisi ata vəsiyyətini gerçəkləşdirməklə, bütün problemləri aradan qaldırmaqla, Qarabağımıza da azadlıq və sülh gətirdi. İlham Əliyev yenilməz qəhrəman olaraq öz adını şanlı tariximizə Qarabağın Fatehi və Zəngəzurun Memarı kimi yazdırdı!
    Tədbir “Zəfər gedən yolun qurucusu” adlı videoçarxın nümayişi ilə davam etdirilib.

Keçidlər