Cəbrayıl rayonunda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
18 mart 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” publik hüquqi şəxsi və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və könüllü vətəndaşlar iştirak edib.
Aksiya çərçivəsində bütün donorların ilkin sağlamlıq müayinəsi aparılıb, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılıb. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə minlərlə insanın sağlam gələcəyinə ümid verir və donorluğun təşviqi, xəstəliklərin qarşısının alınması sahəsində əhəmiyyətli rol oynayır.






