Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda şəhid İsaqov Elbrus İsaq oğlu torpağa tapşırılıb

22 may 2024 | 17:15

    22 may 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş rayonun Böyük Mərcanlı kənd sakini İsaqov Elbrus İsaq oğlunun dəfn mərasimi keçirilib. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanları, hərbçilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
    Mərasimdə çıxış edən RİH başçısı Kamal Həsənov şəhidlərimizə allahdan rəhmət, yaxınlarına səbir diləyib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi şücaətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını oğluna təqdim edib.
    3 saylı Cəbrayıl qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilən şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.
    Qeyd edək ki, Elbrus İsaqov 23 avqust 1966-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1984-1986-cı illərdə Əfqanıstanda hərbi xidmət keçib. Birinci Qarabağ müharibəsində Milli Ordunun sıralarında döyüşüb, 11 fevral 1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşüb. Şəhidin nəşi Gəncə şəhəri, Şəhidlər xiyabanında aşkarlanıb.

 

 

Keçidlər