Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda şəhid anası ziyarət olunub

06 mart 2025 | 16:57

    8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə 06 mart 2025-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri Bəhruz Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Süleymanov Tofiq Mustafa oğlunun anası, Cəbrayıl şəhər sakini Vəliyeva Səkinə İdris qızını evində ziyarət ediblər. Görüşdə şəhid anasına Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənovun təbrikləri və xoş arzuları çatdırılıb.
    Nəzərinizə çatdırırıq ki, 93 yaşlı Səkinə nənənin 7 övladı, 20 nəvəsi, 35 nəticəsi və 2 kötücəsi var.
    Səkinə nənəni bir daha təbrik edir və can sağlığı arzulayırıq.

Keçidlər