Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub

09 aprel 2024 | 20:39

    09 aprel 2024-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı, xeyriyyəçi İlham Zeynalovun təşəbbüsü ilə “Cəbrayıl” şadlıq evində qəsəbələrdə məskunlaşmış şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Tapdıq Nəsirov, Fəridə İbayeva, İcra Hakimiyyətinin məsul əməkdaşları, xeyriyyəçi İlham Zeynalov, din xadimləri, şəhid ailələri və qazilər iştirak ediblər. İlk öncə Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna surələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
    Çıxış edənlər bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildiriblər ki, ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu müqəddəs Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, birlik və bərabərliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin və nəfs üzərində qələbənin sevincini yaşayırlar. Mübarək Ramazan günlərində belə iftar süfrələrinin təşkili isə cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsidir.

 

Keçidlər