Cəbrayıl rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq işləri görülür
11 avqust 2026 | 16:51
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq rayon əhalisinin müvəqqəti məskunlaşdığı Cəbrayıl qəsəbələrində abadlıq işləri görülür.
Heydər Əliyev adına Mədəniyyət və İstahət parkından “Şəhidlər” Abidə Kompleksinə gedən səkiyə tamet döşənir, Parkda mövcud olan mini-futbol meydançasının kənarlarına istinat (qoruyucu) torları çəkilir, Voleybol meydançası yaradılır və yüngül atletika üçün zəruri idman avadanlıqları quraşdırılır.






