Cəbrayıl rayonunda “Şanlı Zəfərim-5” adlı şeir müsabiqəsi keçirilib
28 oktyabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun təşəbbüsü, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında Zəfər günün 5-ci ildönümünə həsr olunmuş “Şanlı Zəfərim-5” adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini məktəblilərə aşılamaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, nitq mədəniyyəti, bədii ifaçılıq bacarıqlarının inkişafına dəstək olmaqdır.
Zəfər ruhunda keçirilən müsabiqədə:
1. Fərzəliyeva Nərgiz Bəhruz qızı – 14 saylı tam orta məktəb – I,
2. Vəliyeva Fəridə Qaməddin qızı – İ.Tahirov adına Mehdili kənd tam orta məktəb – II,
3. Həmzəyev Ramal Amil oğlu – 10 saylı tam orta məktəb – II,
4. Mehbalızadə Gövhər Qubad qızı – R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbi – III,
5. Əhmədzadə Gülbəniz Afiq qızı – V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbi – III,
6. Niftalızadə Səkinə Fariz qızı – 15 saylı tam orta məktəb – III yerlərə layiq görülərək Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri Fərmanlıları ilə təltif ediliblər.
Qalibləri təbrik edir və zəfərimizin əbədi olmasını arzulayırıq.






