Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Şanlı qəhrəmanlıq tariximiz – Aprel döyüşləri” mövzusunda tədbir keçirilib

03 aprel 2026 | 18:01

03 aprel 2026-cı il tarixdə R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində Aprel döyüşlərinin onuncu ildönümü ilə əlaqdar “Şanlı qəhrəmanlıq tariximiz – Aprel döyüşləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-Mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının məsul əməkdaşları, məktəbin məzunu aprel şəhidi Ruhin Qəhrəmanovun ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü  uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Aprel döyüşlərini əks etdirən vidoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər iştirakçılar çıxış edərək Böyük Zəfərin başlanğıcı olan 4 günlük Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, döyüş qəhrəmanlarının keçdikləri şərəfli yoldan, şanlı qələbəmizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından geniş söhbət açıb. Bildirib ki, bu qəhrəmanlar içərisində rayonumuzun 2 igid övladı Ruhin Qəhrəmanov və Mahmud İbrahimovun adlarını bu gün fəxrlə çəkirik. Məhz belə oğulların, rəşadətli Azərbaycan Ordusunun sayəsində İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuruldu, torpaqlarımız işğaldan azad edildi. Bu gün hər bir azərbaycanlı on il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Qarabağın və Şərqi Zəngəzurun hər güşəsində dalğalanmasından sonsuz qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Tədbirdə şəhid Ruhin Qəhrəmanovun təhsil aldığı R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidin atası Əşrəf Qəhrəmanovun torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının xatirəsinin əziz tutulmasına görə dövlət rəhbərliyinə minnətdarlıq ifadə edən  fikri dinlənilib.

Keçidlər