Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib

30 aprel 2026 | 16:47

    30 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirillib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, rayon Mülki müdafiə qərargahının rəisi Mayil Əliyev, Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, RPŞ-in ictimai-təhlükəsizlik bölməsinin YYÇPİT qrupunun inspektoru, polis leytenantı Elçin Əzizov, qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin çağrışaqədərki hazırlıq rəhbərləri və məktəblilər iştirak ediblər.
    Tədbirdə çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayaraq bildiriblər ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
    Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin komandası 1-ci, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin komandası 2-ci, 10 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerin qalibi olub.
    “Şahin” hərbi-idman oyununun yekununa əsasən birinci yerin qalibi olan V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin komandası zona mərhələsinə vəsiqə qazanıb.
    Sonda qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Keçidlər