Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Sağlamlığımızı birlikdə qoruyaq, zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib

28 oktyabr 2024 | 16:43

    28 oktyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.11-ci və 4.4.16-cı bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Sağlamlığımızı birlikdə qoruyaq, zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin məsul əməkdaşları, məktəbin psixoloqu, müəllim və şagirdlər iştirak ediblər.
     Çıxış edənlər vurğulayıblar ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib. Eyni zamanda natiqlər gənclərin sağlamlığının qorunması istiqamətində tövsiyələrini bölüşüb, fikir və təkliflərini səsləndiriblər.
    Tədbir narkomaniyanın fəsadlarına həsr olunmuş slaydların və videoçarxın nümayişi ilə davam etdirilib.

Keçidlər