Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Sağlam, narkotiksiz həyat seç” mövzusunda maarifləndirici tədbir keçirilib

20 may 2026 | 14:59

    19 may 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.6.-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “Sağlam, narkotiksiz həyat seç” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, rayon Polis şöbəsinin Kriminal tədqiqatlar qrupunun baş inspektoru, kriminalisti, polis polkovnik leytenantı Fariz Misirov, İctimai-təhlükəsizlik bölməsinin YYÇPİT qrupunun inspektoru, polis kiçik leytenantı Elçin Əzizov, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Hüseyn Fətullayev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Köçəri Tumasov, məktəbin direktoru Arifə Əhmədova və yuxarı sinif şagirdləri iştirak ediblər.
   Çıxış edənlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair qəbul edilən Dövlət Proqramı və onun əhəmiyyətindən geniş söhbət açıblar. Bildirilib ki, narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir, insanı fiziki və psixoloji cəhətdən məhv edir, yaddaşı və təfəkkürü pozur, həyatdakı proseslərə qarşı laqeydlik yardır, orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd olunub ki, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
    Tədbir narkotik maddələrin zərərlərindən bəhs edən vidoçarxın nümayişi etdirilməsi, maarifləndirici bukletlərin paylanılması və şagirdləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.

Keçidlər