Cəbrayıl rayonunda “Sağlam həyat tərzini seçək” mövzusunda aksiya keçirilib
08 oktyabr 2026 | 16:55
08 oktyabr 2026-cı il tarixdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.1 və 3.3.7.2-ci bəndlərinin icrasının təmin olunması məqsədilə orta təhsil müəssisələrində şagird və müəllim heyəti üçün “Sağlam həyat tərzini seçək” mövzusunda aksiya keçirilib.
Aksiya çərçivəsində sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici bukletlər paylanılıb.






