Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı aksiya keçirilib

20 noyabr 2025 | 12:52

    20 noyabr 2025-ci il tarixdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2. və 3.3.7.3. bəndlərinin icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın təşkilatçılığı ilə xidməti sahəmiz olan Cəbrayıl qəsəbələrində sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı aksiya keçirilib.
    Aksiyanın keçirilməsində məqsəd əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyin son dərəcə vacib olmasını diqqətə çatdırmaq, sağlam həyat tərzi və davranış risk amilləri haqqında sakinləri maarifləndirməkdir. Aksiya çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin könüllüləri əhaliyə mövzu haqqında ətraflı məlumatlar verib, maarifləndirici bukletlər paylayıblar.

 

Keçidlər