Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Sağlam gələcək üçün narkomaniyaya, erkən və qohumlar arasında nikaha yox deyək!” adlı tədbir keçirilib

02 dekabr 2022 | 16:45

    02 dekabr 2022-ci tarixdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin təşkilatçılığı ilə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Sağlam gələcək üçün narkomaniyaya, erkən və qohumlar arasında nikaha yox deyək!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon Prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Ələkbər Poladov, rayon Polis şöbəsi rəisinin köməkçisi polis mayoru Fariz Misirov, rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Xidmət üzrə baş inspektoru, polis baş leytenantı Amid Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev səhiyyə işçiləri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edənlər narkomaniyanın, erkən və qohumlar arasında nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını, ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıblar. Erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və ailədaxili zorakılıq hallarına səbəb olduğunu vurğulayıblar. Erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları barədə məlumat veriblər. Eyni zamanda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən natiqlər narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini vurğulayıblar. Ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə ediblər.
    Sonda şagirdlərin mövzu ilə bağlı hazırladıqları videoçarx nümayiş etdirilib.

 

Keçidlər