Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Qocalara hörmət et, sən də qocalacaqsan” layihəsi çərçivəsində görüş keçirilib

30 sentyabr 2025 | 12:37

    30 sentyabr 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qocalara hörmət et, sən də qocalacaqsan” layihəsi çərçivəsində “1 Oktyabr Beynəlxalq Ahıllar günü” münasibətilə 90 yaşlı Marusa nənə ilə görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Aynur Məmmədova, Tunar Süleymanov və USM-nin fəalları iştirak ediblər.
    Görüş çərçivəsində rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənovun Marusa nənənəyə təbrik və arzuları çatdırılıb, yaşadığı mənzilin otaqlarında, həyətyani sahədə təmizlik işləri aparılıb, nənəyə xidmət göstərilib və mövcud problemləri öyrənilib.
    Nəzərinizə çatdırırıq ki, Quliyeva Marusa Bayram qızı 18 mart 1936-cı ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub, ömrü boyu halal zəhməti ilə yaşayıb.
Nənəmizə uzun və sağlam ömür arzusu ilə...

Keçidlər