Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 104 illiyi qeyd olunub

11 mart 2024 | 12:06

    10 mart 2024-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 104 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri Bəhruz Məmmədov və könüllülər iştirak ediblər.
    Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Qızıl Aypara Cəmiyyətinin üzvlərinin, eləcə də bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Fəridə xanım İbayeva İcra hakimiyyətinin başçısı Kamal Həsənovun təbriklərini çatdıraraq bildirib ki, yarandığı ilk gündən fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik, xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Qızıl Aypara Cəmiyyətinə hər zaman böyük nüfuz qazandırmışdır. Öz ənənələrini layiqincə yaşadan Cəmiyyət ölkəmizin sosial-ictimai həyatında vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə dövlətimizin həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir, xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr verir. Bu ənənə rayonumuzda fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsi tərəfindən də uğurla həyata keçirilir.

 

Keçidlər