Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirici aksiya keçirilib

25 oktyabr 2023 | 15:00

    24 oktyabr 2023-cü il tarixdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Cəbrayıl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirici aksiya təşkil olunub. Aksiyada Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Təlim resurs şöbəsinin əməkdaşı Sevda Məmmədova, İcra Hakimiyyətinin məsul əməkdaşları, səhiyyə işçiləri və Cəbrayıl qəsəbələrində məskunlaşan rayon sakinləri iştirak ediblər.
    Aksiyanın keçirilməsində məqsəd qeyri-infeksion xəstəliklərin əsas risk amilləri barədə əhali arasında məlumatlılığın artırılması, sağlam həyat tərzinin təbliğ olunması və zərərli vərdişlərlə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsidir. Tədbirdə aksiya iştirakçılarına fiziki aktiv olmaq, sağlam və düzgün qidalanmaq ilə bağlı tövsiyələr verilib, müntəzəm şəkildə müvafiq profilaktik müayinələrdən keçməyin zəruriliyi vurğulanıb. Aksiya çərçivəsində vətəndaşlar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən maarifləndirici materiallar paylanılıb.

 

Keçidlər