Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

29 sentyabr 2023 | 16:21

      29 sentyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda “01 oktyabr Prokurorluq işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Cəbrayıl rayon İcra başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.

      Tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 



Keçidlər