Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Polis günü qeyd olunub

02 iyul 2023 | 11:47

    02 iyul 2023-cü il tarixdə Polis günü ilə əlaqədar Cəbrayıl rayonunda tədbir keçirilib.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, İcra Hakmiyyətinin məsul əməkdaşları, Hüquq-Mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon Polis şöbəsinin şəxsi heyyəti iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin heykəli önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək qeyd edib ki, ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərmişdir.
    Bu gün ölkəmizdə mövcud olan yüksək ictimai-siyasi sabitliyin yaranmasında mühüm rol oynayan, milli maraqları və dövlətçilik mənafelərini daim uca tutan Azərbaycan Polisi Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəkdir.
    Bütün Polis heyətini peşə bayramı münasibətilə təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq.

 

Keçidlər