Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda payızlıq taxıl əkini davam edir

20 dekabr 2024 | 08:58

    Taxılçılıq Cəbrayıl rayonunun əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən taxılçılıqla məşğul olan məhsul istehsalçılarına subsidiyaların verilməsi rayonda bu sahəyə fermerlərin marağını daha da artırıb.
   Cari ildə 14099 hektardan 8576 tonu işğaldan azad olunmuş ərazilər olmaqla, 16150,2 hektar taxıl sahəsindən 15294 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində də artırmaq üçün səylə çalışırlar. Bu məqsədlə 12630 hektarı işğaldan azad olunmuş ərazilər olmaqla 13845 hektar sahədə şum aparılıb. Səpinə mütəşəkkil başlayan əkinçilər bu günədək 12630 hektarı işğaldan azad olunmuş ərazilər olmaqla 13829 hektar sahəyə payızlıq taxıl əkiblər. Əkilən taxılın işğaldan azad olunmuş ərazilər üzrə 11175 hektarı buğda, 1455 hektarı arpa olmaqla ümumilikdə 11854 hektar buğda, 1975 hektarı isə arpa sahəsidir.
     Hazırda səpin davam edir.

Keçidlər