Cəbrayıl rayonunda payızlıq əkin kampaniyası davam edir
13 noyabr 2026 | 12:47
Rayonda növbəti ilin məhsulu üçün payızlıq əkin kampaniyası davam edir. Bu məqsədlə 13390 hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Əkinlərin 1380 hektarının suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 5605 hektardan çox sahədə şum aparılıb ki, bu da proqnozlaşdırılan əkinlərin 42 %-ni təşkil edir. Aparılmış şumun 5000 hektarı işğaldan azad edilmiş ərazilərdədir.
Nəzərinizə çatdırırıq ki, bu günə qədər rayon üzrə 181 hektarda əkin aparılıb. Aparılan əkinlərin 19 hektarı buğda, 162 hektarı isə arpadır.






