Cəbrayıl rayonunda “Özünüzün və ətrafdakıların həyatını risk altında qoymayın” adlı aksiya keçirilib
24 aprel 2026 | 16:59
24 aprel 2026-cı il tarixdə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2-ci bəndinin icrasının təmin olunması və 26 aprel Çernobl faciəsinin 40-cı il dönümü münasibətilə Cəbrayıl qəsəbələrində “Özünüzün və ətrafdakıların həyatını risk altında qoymayın” adlı aksiya keçirilmişdir.
Aksiya çərçivəsində sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici bukletlər paylanılmışdır.






