Cəbrayıl rayonunda “Övladlarımızı psixoaktiv maddələrdən qoruyaq” mövzusunda aksiya keçirilib
09 oktyabr 2026 | 16:48
09 oktyabr 2026-cı il tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.6, 8.4.11-ci bəndlərinin icrasının təmin olunması məqsədilə valideynlər üçün “Övladlarımızı psixoaktiv maddələrdən qoruyaq” mövzusunda aksiya keçirilib.
Aksiya çərçivəsində psixoaktiv maddələrdən istifadə edən yeniyetmələrin müəyyən edilməsi üzrə valideynlər üçün maarifləndirici materiallar paylanılıb.






