Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib

18 mart 2025 | 17:15


    18 mart 2025-ci il tarixdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında Azərbaycan xalqının əziz bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
    Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-Mühafizə, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Novruz bayramı münasibətilə rayon sakinlərini, eləcə də xalqımızı təbrik edib, xoş arzularını bildirib. Rayon rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Zəfər sayəsində Novruz bayramı işğaldan azad olunmuş bütün torpaqlarımızda, o cümlədən doğma yurd yerimiz olan Cəbrayılda da qeyd olunur. Otuz ildən çox erməni işğalçılarının əsarətində olmuş bu ərazilər indi nəhəng quruculuq, dirçəliş meydanına çevrilib, bütün sosial infrastruktur yenidən qurulur. “Böyük Qayıdış” Dövlət Proqramına əsasən 512 ailə - 2293 rayon sakinin Cəbrayıl şəhərinə köçürülməsi təmin edilib.
    Tədbir Novruz atributları Novruz Dədə, Kosa, Keçəl və Bahar qızının iştirakı ilə xalqımızın qədim milli adət-ənənələrinə həsr olunmuş nümunəvi çıxışlarla davam etdirilib.

Keçidlər