Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda nərd oyunu üzrə rayon birinciliyi keçirilib

16 iyun 2026 | 17:31

    16 iyun 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında nərd oyunu üzrə rayon birinciliyi keçirilib.
    Rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili, gənc, orta və yaşlı nəsil arasında ünsiyyətin möhkəmləndirilməsi, ən yaxşı nərd oyunçularının müəyyən edilməsi məqsədilə keçirilən birincilikdə 40 həvəskar iştirak edib. Gərgin və maraqlı keçən yarışda İmamverdi Hüseynov daha yaxşı oyun nümayiş etdirərək birinci, Arzuman Xudiyev ikinci, Asəf Tahirov isə üçüncü yerə layiq görülüb. Yarışda ilk üç yeri tutan qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.
     Qalibləri tədbirk edir və uğurlar arzulayırıq.

Keçidlər