Cəbrayıl rayonunda “Narkotikin “QULU” OLMA-AZAD OL” adlı tədbir keçirilib
18 aprel 2023-cü tarixdə rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində “Narkotikin “QULU” OLMA-AZAD OL” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon Prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Ələkbər Poladov, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, leytenant Novuz Novruzlu, rayon İcra hakimiyyəti yanında İctimai şuranın üzvləri, din xadimləri valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən söhbət açıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.
Sonda şagirdlərin narkomaniya və onun törətdiyi ağır fəsadlar barədə hazırladıqları videoroliklər və səhnəcik nümayiş olunub.