Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Narkotikə yaxın durma!” mövzusunda tədbir keçirilib

24 iyun 2025 | 10:19

    23 iyun 2025-ci il tarixdə 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotikə yaxın durma!” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Fəridə İbayeva, Mərkəzi Kitabxana Sistemin direktoru Vasif Quliyev, gənclər, valideynlər iştirak ediblər.
    Ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda, dövlətçilik ənənələrinin yaşadılmasında canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər bildiriblər ki, 26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. 26 İyun həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu münasibətilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, hərbçilərimizi, əsgər və zabitlərimizi, hər kəsi təbrik edən natiqlər tədbirin məqsəd və əhəmiyyətindən geniş söhbət açıblar. Qeyd olunub ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi isə sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur, dövlətimiz tərəfindən bu sahədə genişmiqyaslı işlər aparılır. Cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə respublikamızın hər yerində olduğu kimi Cəbrayıl rayonunda da kompleks tədbirlər həyata keçirilir və təbliğat işləri getdikcə gücləndirilir.
    Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan qorxulu xəstəliyi kimi bu gün hər bir insanı düşündürməlidir. Bu bəla ilə mübarizə aparmaq üçün daim gənclərin yanında olmalı və bütün gəncləri narkomaniyaya qarşı birlikdə mübarizə aparmağa səsləməliyik.

Keçidlər