Cəbrayıl rayonunda “Narkomanlıq uçuruma aparan yoldur” mövzusunda tədbir keçirilib
29 may 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Dövlət Sərhəd Xidmətinin, Mərkəzi xəstəxananın və Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə “Narkomanlıq uçuruma aparan yoldur” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları, rayon Polis şöbəsinin əməkdaşları polis leytenantı Rüfət Həsənzadə, polis kiçik leytenantı Abutalıb İsmayılov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları kapitan Vüsal Cəbrayılov, gizir Ceyhun Tağıyev, Mərkəzi xəstəxananın həkimi İlham Hətəmxanlı, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxış edənlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair qəbul edilən Dövlət Proqramı və onun əhəmiyyətindən geniş söhbət açıblar. Bildirilib ki, narkomanlıq uçuruma aparan yoldur. Bu yol insanların sağlam həyat tərzi üçün təhlükə yaradır, insanı fiziki və psixoloji cəhətdən məhv edir, yaddaşı və təfəkkürü pozur, həyatdakı proseslərə qarşı laqeydlik yardır, orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.