Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

14 oktyabr 2025 | 16:34

    14 oktyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə rayonun 8 saylı tam orta ümumtəhsil məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, məktəbin direktoru Ülfət Həsənov, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Tunar Süleymanov, Mərkəzi xəstəxananın əməkdaşı, müəllim və şagirdlər iştirak ediblər.
    Çıxış edənlər “Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” və onun əhəmiyyətindən geniş söhbət açıblar. Bildirilib ki, narkomanlıq uçuruma aparan yoldur. Bu yol insanların sağlam həyat tərzi üçün təhlükə yaradır, insanı fiziki və psixoloji cəhətdən məhv edir, yaddaşı və təfəkkürü pozur, həyatdakı proseslərə qarşı laqeydlik yardır, orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
    Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb və narkomaniyanın fəsadlarına dair videoçarx nümayiş etdirilib.

Keçidlər