Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Narkomaniyaya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” mövzusunda tədbir keçirilib

30 oktyabr 2026 | 17:01

30 oktyabr 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Mərkəzi Xəstəxananın, Təhsil sektorunun və rayon Mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qoşabulaq kənd tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası istiqamətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “Narkomaniyaya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Polis şöbəsinin, Səhiyyə şöbəsinin, rayon Mədəniyyət nümayəndəliyinin əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən, dövlətin bu sahədə apardığı qətiyyətli mübarizədən, məktəblilərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam və savadlı fərdlər kimi yetişməsində maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etməsindən geniş söhbət açıblar. Bildirilib ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət, ictimai qurum və təşkilatlar, kütləvi informasiya vasitələri də aktiv iştirak etməlidir. Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa çalışırlar. İctimaiyyətin də davamlı dəstəyi müsbət nəticələrini göstərir. İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı kompleks ardıcıl qətiyyətli siyasət, həyata keçirilən tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə bundan sonra da öz töhfəsini verəcəkdir.
Tədbir çərçivəsində iştirakçılar maarifləndirici materiallar: bukletlər, statistik məlumatlarla tanış edilərək, narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi hallarına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması məsələləri müzakirə olunmuşdur.

 

Keçidlər