Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib

15 aprel 2025 | 12:48

    14 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Dirili Qurbani adına Soltanlı kənd və 1 saylı tam orta məktəblərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə “Narkomaniya və zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları, Qaradağ rayon Polis idarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəsi, polis mayoru Ramil Hacıyev, Şuşa RMX-nın pediatriya şöbəsinin həkim-pediatrı Aynur Muradova, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak ediblər.
    Tədbirə Azərbaycan xalıqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan tibb elminə böyük tövhələr vermiş, Akademik Zərifə Əliyevanın və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb.
    Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş 2019–2024-cü illər üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın mahiyyətindən və əhəmiyyətindən geniş söhbət açıblar.
    Bildirilib ki, Narkotik asıllıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən addımlardan biri də preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımı səviyyədə qurulmasıdır. Elə ona görə də narkomaniyanın profilaktikası sistematik olmalı və kütləvi xarakter daşımalı, ilk olaraq ailə və məktəbdən başlanmalıdır. Elə bu məqsədlə də Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası cari ilin İş Planına əsasən rayonun idarə, müəsissə və təşkilatlarında aidiyyəti dövlət qurumları ilə birlikdə mütəmadi olaraq gənclərlə görüşlər keçirir, narkomaniyanın qarşısının alınması, cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı mübarizə barədə geniş söhbətlər aparır. Keçirilən görüşlər yeniyetmə və gənclərin narkotikdən, zərərli vərdişlərdən uzaqlaşdırılmasında, onlarda sağlam həyat tərzinin formalaşmasında, mədəni-kütləvi tədbirlərə marağın artırılmasında böyük əhəmiyyət daşıyır.
    Tədbirdə məktəblilərə maarifləndirici bukletlər paylanılıb, sualları cavablandılıb və sağlam həyat tərzinə xidmət edən slayd nümayiş etdirilib.

Keçidlər