Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda "Narkomaniya əsrin bəlasıdır" mövzusunda tədbir keçirilib

03 aprel 2024 | 09:42

    02 aprel 2024-cü il tarixdə Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.10 bəndinin icrasının təmin edilməsi məqsədilə "Narkomaniya əsrin bəlasıdır" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Cinayət axtarış bölməsinin rəisi, polis leytenantı Ayaz Babazadə, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis leytenantı Novruz Novruzlu, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
    Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər gənclərin sağlamlığının, rifahının və mənəvi əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotikin qanunsuz dövriyyəsinə qarşı ölkəmizdə həyata keçirilən tədbirlərdən, qəbul edilmiş Dövlət Proqramlarından geniş söhbət açıblar. Natiqlər bildiriblər ki, respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı vahid dövlət sistemi çərçivəsində həyata keçirilən belə görüşlər, maarifləndirici söhbətlər bütün ölkə vətəndaşları tərəfindən razılıqla qarşılanır, təqdirəlayiq iş kimi qiymətləndirilir.
    Tədbir məktəbliləri maraqlandıran sualların cavablandırılması, psixotrop maddələr, narkotiklər haqqında buklet və braşuraların paylanması ilə davam etdirilib.

Keçidlər