Cəbrayıl rayonunda “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib
04 dekabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.11-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mayil Əliyev, rayon Polis şöbəsinin polis leytenantları Abutalıb İsmayılov və Şamil Allahverdiyev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Köçəri Tumasov, “Gələcəyə İnam” Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi sədri Natiq Məmmədov, din xadimi Yusif İsmayılov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair qəbul edilən Dövlət Proqramı və onun əhəmiyyətindən geniş söhbət açıblar. Bildirilib ki, narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insanların sağlam həyat tərzi üçün təhlükə yaradır, insanı fiziki və psixoloji cəhətdən məhv edir, yaddaşı və təfəkkürü pozur, həyatdakı proseslərə qarşı laqeydlik yardır, orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd olunub ki, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb.






