Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Müstəqilliyimizin bərpasından gələcəyə” mövzusunda tədbir keçirilib

16 oktyabr 2026 | 15:20

16 oktyabr 2026-cı ildə 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Mərkəzi Kitabxanada “Müstəqilliyimizin bərpasından gələcəyə” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzi Kitabxana Sisteminin müdiri Vasif Quliyev və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxış edənlər Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu günün tarixi əhəmiyyətindən geniş söhbət açıblar. Qeyd olunub ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu tədbirləri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Uzaqgörən siyasət sayəsində Azərbaycan müstəqilliyini daha da gücləndirib, xalqın rifahının artırılması istiqamətində həyata keçirilən islahatlar isə bu gün də öz səmərəli nəticələrini verməkdədir. Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün məqsədyönlü islahatlar aparılır. Eyni zamanda, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında işğal edilmiş əraziləri azad edərək xalqımızın qəhrəmanlıq salnaməsini yazdı.
Tədbirdə həmçinin dövlət müstəqilliyinin əhəmiyyəti, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar barədə geniş məlumat verilib.

 

Keçidlər