Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Müstəqillik ən böyük sərvətimizdir” mövzusunda tədbir keçirilib

26 may 2025 | 15:54

    26 may 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 28 may müstəqillik gününə həsr olunmuş “Müstəqillik ən böyük sərvətimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
   Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda, dövlətçilik ənənələrinin yaşadılmasında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxış edənlər şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaranmasının 107-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqını, Azərbaycan dövlətini təbrik edərək xoş arzularını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.
    Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” sözlərini xatırladan natiqlər onu da əlavə ediblər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirərək demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.
    Tədbirdə vurğulanıb ki, müstəqillik ən böyük sərvətimizdir, onu qoruyub saxlamaq isə hər birimizin borcudur. Bu amalla bu gün biz də üzərimizə düşən məsələləri yerinə yetirməklə müstəqil Azərbaycanın dünyaya tanıdılmasına, daha sivil, tam müstəqil və bütün torpaqlarının tam sahibi kimi qəbul olunmasına öz dəstəyimizi göstərməli və Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Tədbir  Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə vəsiqələrin təqdim edilməsi ilə davam etdirilib.

 

Keçidlər