Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda «Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir» mövzusunda videokonfrans keçirilmişdir

06 may 2022 | 16:55

    06 may 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş «Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir» mövzusunda videokonfrans keçirilmişdir.
    Konfrans Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilməklə başlamışdır. Çıxış edənlər görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, əbədiyaşar liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıblar.
    Qeyd edilmişdir ki, Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olmuşdur.
    1993-cü ilin yayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan dahi öndər böyük siyasi uzaqgörənliyi, nadir dövlətçilik zəkası ilə möhtəşəm Zəfərə aparan yolun təməlini qoymağa müvəffəq olmuşdur.
    Heydər Əliyevin öz xalqına ən böyük xidməti ölkənin davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu özündən sonra yüksək peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirmiş, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olmuşdur. Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər səlnaməsinin yazıldığı diqqətə çatdırılmışdır.
    Vurğulanmışdır ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti – adı tariximizə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız, o cümlədən Azərbaycan gəncliyi müstəqil dövlətimizin qurucusu və xilaskarı olan Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq.

Keçidlər