Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Musiqimiz dəyərimizdir” mövzusunda tədbir keçirilib

18 sentyabr 2024 | 17:57

18 sentyabr 2024-ci il tarixdə rayonun Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 139-cü ildönümünə və Milli Musiqi Gününə həsr olunmuş “Musiqimiz dəyərimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər bayram münasibətilə məktəbinin müəllim və şagirdlərini, musiqisevərləri təbrik edərək,  bu ənənələrə daima sadiq qalmaqlarını arzulayıb, mövzunun əhməmiyyətinindən söhbət açıblar. Bildirilib ki,  Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı üçün böyük işlər həyata keçirilib. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov və başqa dünya səviyyəli sənətkarlarımızın yaradıcılığını yüksək qiymətləndirib, Azərbaycan musiqi mədəniyyətinin inkişafına daim böyük qayğı göstərib.  Qeyd olunub ki, ki, bu gün də ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli musiqi ənənələrimiz yaşadılır.

        Tədbir çərçivəsində bəstəkarın əsərlərindən ibarət musiqi parçaları səsləndirilib, məktəbin müəllim və şagirdlərinin ifasında rəngarəng musiqilər dinlənilib. 

 

Keçidlər