Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda mülki müdafiə hazırlığı sahəsində ilin yekunlarına və qarşıda duran vəzifələrə dair tədbir keçirilib

20 dekabr 2024 | 15:29

    Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin dəstəyi ilə 4 saylı Cəbrayıl qəsəbəsində rayonun mülki müdafiə hazırlığı sahəsində “2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, FHN Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, mayor Həsən Nəsirov, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti, kapitan İntiqam Mikayılov, idarə, müəssisə və təşkilatların Mülki müdafiə işinə məsul şəxsləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva çıxış edərək rayonda 2024-cü il ərzində Mülki müdafiə işinin təşkili və vəziyyəti barədə, həmçinin 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.
    FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları Mülki müdafiə hazırlığı sahəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində maarifləndirici söhbətlər aparıb və müvafiq təkliflərlə çıxış ediblər.
    Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam etdirilib.

Keçidlər