Cəbrayıl rayonunda mülki müdafiə hazırlığı sahəsində ilin yekunlarına və qarşıda duran vəzifələrə dair maarifləndirici tədbir keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin dəstəyi ilə 4 saylı Cəbrayıl qəsəbəsində rayonun mülki müdafiə hazırlığı sahəsində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, rayon Mülki Müdafiə qərargahının rəisi Mayil Əliyev, FHN Qarabağ Regional Mərkəzinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin baş zabiti, kapitan İntiqam Mikayıllı, Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, leytenat Məhəmməd İsmayılov, idarə, müəssisə və təşkilatların Mülki müdafiə işinə məsul şəxsləri iştirak ediblər.
Rayon Mülki Müdafiə qərargahının rəisi Mayil Əliyev çıxış edərək rayonda 2025-ci il ərzində Mülki müdafiə işinin təşkili və vəziyyəti barədə, həmçinin 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.
FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları Mülki müdafiə hazırlığı sahəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində maarifləndirici söhbətlər aparıb və müvafiq təkliflərlə çıxış ediblər.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam etdirilib.






