Cəbrayıl rayonunda “Mövcud sosial xidmətlər haqqında” əhali arasında aksiya keçirilib
09 dekabr 2025 | 14:31
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 4.8.3. bəndinin icrası istiqamətində əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə aksiyası keçirilib.
Aksiya çərçivəsində əhaliyə mövcud sosial xidmətlər haqqında ətraflı məlumat verilib və məlumat kitabçaları paylanılıb.






