Cəbrayıl rayonunda mini-futbol üzrə rayon birinciliyi keçirilib
16 iyul 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2011-2013-cü il təvəllüdlü oğlanlar arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi keçirilib.
Keçirilən rayon birinciliyində məqsəd futbol idman növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, gənclər arasında ünsiyyətin möhkəmləndirilməsi, idmanla zərərli vərdişlərə yox demək, zərərli vərdişlərin gənclərin gələcəyinə mənfi təsirinin qarşısının alınması, həmçinin perspektivli futbolçuların üzə çıxarılmasıdır.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunmuş yarışda R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin komandası birinci, “Mərcanlı” futbol klubu ikinci və 9 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.
Komandaları tədbirk edir və uğurlar arzulayırıq.






